Gəncə ŞİH: Birinci müavin və digərlərinin saxlanılması ilə bağlı məlumat həqiqəti əks etdirmir

Gəncə ŞİH: Birinci müavin və digərlərinin saxlanılması ilə bağlı məlumat həqiqəti əks etdirmir
# 04 mart 2024 16:39 (UTC +04:00)

Gəncə Şəhər İcra Hakimiyyəti birinci müavin və digər müavinlərin, eləcə də baş memarın saxlanılması ilə bağlı mediada yayılan məlumata aydınlıq gətirib.

Bu barədə APA-ya Gəncə Şəhər İcra Hakimiyyətindən bildirilib.

"Bu gün Gəncə Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini Səməd Tomuyev və digər müavinlər, eləcə də Gəncə Şəhər İcra Hakimiyyəti başçısı Aparatının Memarlıq və tikinti şöbəsinin müdiri, baş memar Elxan Məmmədovun saxlanılması ilə bağlı müxtəlif xəbər saytlarında dərc olunan məlumat həqiqəti əks etdirmir", - məlumatda deyilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR