Gəncədə dönərxana yanıb - FOTO

Gəncədə dönərxana yanıb  - FOTO
# 02 aprel 2024 21:24 (UTC +04:00)

Gəncədə yanğın hadisəsi baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə şəhərin Şeyx Bahəddin küçəsində qeydə alınıb.

Belə ki, sözügedən ünvanda yerləşən dönərxanada anidən yanğın olub.

Dərhal hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürən avtomobilləri və canlı qüvvəsi cəlb olunub.

Yanğın söndürülüb. Hadisənin baş vermə səbəbləri araşdırılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR