Gəncədə güclü külək fəsadlar törədib.
APA-nın yerli bürosunun məlumatına görə, gecə saatlarından başlayan külək şəhərin Heydər Əliyev prospektində, M.Abbaszadə küçəsində, Totanlı dairəsi, 3-cü və 4-cü mikrorayonlar ərazilərində iri gövdəli ağacları aşırıb. Həmçnin şəhərin Füzuli və Nəriman Nərimanov parklarında ağaclar qırılıb.
Bundan başqa, iri gövdəli ağacların biri aşaraq şəhər ərazində mağazanın üzərinə düşüb. Bəzi ərazilədə isə elektrik enerjisinin verilməsində fasilələr yaranıb.
Güclü külək şəhərin Məhsəti qəsəbəsində yaşayış evinin hasarını da uçurub. Nəticədə qaz xətti sıradan çıxıb, 200-ə yaxın sakinə təbii qazın verilişi dayanıb.
Qeyd edək ki, hazırda qərb bölgəsində güclü külək müşahidə olunur.