Gəncədə qardaş Türkiyədə baş vermiş güclü zəlzələ nəticəsində həlak olanların xatirəsi anılıb.
APA-nın yerli bürosunun məlumatına görə, anım tədbiri Türkiyənin Gəncədəki Baş konsulluğunda təşkil olunub.
Konsulluqda zəlzələ qurbanlarının xatirəsinə guşə yaradılıb. Anım tədbirində ictimaiyyət nümayəndələri, ziyalılar, şəhər sakinləri iştirak edib.
Tədbirə qatılanlar Türkiyənin Gəncədəki Baş Konsullu Recep Öztopa başsağlığı veriblər. Zəlzələ nəticəsində həlak olanlara rəhmət, yaralılara şəfa dilənib.
Bildirilib ki, Azərbaycan xalqı daima qardaş Türkiyənin yanındadır.
Baş konsul Recep Öztop, öz növbəsində, göstərilən dəstəyə görə Azərbaycan xalqına minnətdarlığını bildirib.