Gəncə şəhərindən Türkiyədə zəlzələdən zərərçəkənlərə növbəti yardım göndərilib.
APA-nın yerli bürosunun məlumatına görə, bu gün Gəncədən Türkiyəyə növbəti yardım karvanı yola düşüb.
Kampaniya çərçivəsində toplanan yardımlar 7 TIR-la yola salınıb. Göndərilən yardımlar Gəncə və ətraf rayonlardan toplanıb.