Bank Of Baku

Gənclər və İdman Nazirliyi vətəndaşlara müraciət edib

Gənclər və İdman Nazirliyi vətəndaşlara müraciət edib
# 09 fevral 2023 20:24 (UTC +04:00)

Gənclər və İdman Nazirliyi Türkiyəyə yardım gətirən vətəndaşlara müraciət edib.

Bu barədə APA-ya nazirlikdən məlumat verilib.

Müraciətdə qeyd olunur ki, Türkiyədə baş vermiş zəlzələ qurbanlarına ictimai yardım kampaniyası davam edir.

"Vətəndaşlarımız könüllü olaraq müxtəlif zəruri tələbat məhsullarını Heydər Əliyev adına İdman Konsert Kompleksində təşkil edilən yardım məntəqəsinə çatdırırlar. Yardım etmək istəyən əhaliyə məlumat üçün bildiririk ki, yardımlar hər gün yalnız saat 09:00-dan 18:00-a kimi qəbul olunur. Digər vaxtlarda yardımların gətirilməməsi xahiş olunur. Çünki qalan vaxtlarda könüllülər yardımların toplanması və çeşidlənməsinə davam edir, maşınlara yığılaraq göndərilməsini təmin edirlər" - deyə nazirlikdən bildirilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR