“Azərbaycan Respublikasında Gender bərabərliyi üzrə 2025‑2027‑ci illər üçün Milli Fəaliyyət Planı”nın layihəsinin qəbul edilməsi təklif olunur.
APA-nın xəbərinə görə, bu, bu gün Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin iclasında müzakirəyə çıxarılan “Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin 2023-cü il üzrə Məlumatı”nda əksini tapıb.
Eyni zamanda “Gender (kişi və qadınların) bərabərliyinin təminatları haqqında” qanunun icra mexanizmlərinin təkmilləşdirilməsi, gender əsaslı büdcə siyasəti və praktikasının formalaşdırılması da təklif olunur.