Göyçay Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat zamanı xarici ölkə vətəndaşından onlayn yolla narkotik vasitə alan yaxın qohumlar saxlanılıb.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan APA-nın yerli bürosuna verilən məlumata görə, keçirilən ilk əməliyyat-axtarış tədbiri nəticəsində şəhər sakini, əvvəllər də narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olduğu üçün saxlanılan Fərhad Adilov saxlanılıb. Şəxsi axtarış zamanı ondan heroin aşkarlanıb. F.Adilov ifadəsində həmin narkotik vasitəni sosial şəbəkədə tanış olduğu xarici ölkələrin birinin vətəndaşından 300 manata aldığını və bibisi oğlu Tərlan Həsənovla Bakı şəhərinə gedərək əvvəlcədən ona deyilən yerdən götürüb, Göyçaya qayıtdıqlarını bildirib. Tədbirlərin davamı olaraq bir neçə gün əvvəl rayon ərazisindəki oğurluqlara görə saxlanılan T.Həsənovun da yaşadığı ünvana baxış keçirilib və oradan psixotrop maddə metamfetamin (“patı”), narkotik vasitə heroin və metadon həbləri aşkarlanaraq maddi sübut kimi götürülüb.
Faktla bağlı Göyçay Rayon Polis Şöbəsində araşdırmalar davam etdirilir.
Göyçayda xarici vətəndaşdan onlayn narkotik alan qohumlar saxlanılıb - FOTO - VİDEO
© APA | Göyçay, xarici vətəndaşdan onlayn narkotik alan qohumlar
16 yanvar 2022 14:33 (UTC +04:00)
Sosial
FHN-in Dövlət Yanğın Nəzarəti Xidməti seminar-müşavirə keçirib
19:11
6 may 2024
DTX əməkdaşları “Heydər zirvəsi”nə yürüş ediblər
18:06
6 may 2024
Rezidenturaya qəbul imtahanının nəticələri açıqlanıb
16:38
6 may 2024
Magistraturaya qəbul olmaq istəyənlərə şad xəbər: UNEC-in MBA proqramında yeni ixtisaslaşma açılıb
16:27
6 may 2024