Göygöl DYP-yə yeni rəis təyin edilib

Göygöl DYP-yə yeni rəis təyin edilib
# 12 aprel 2024 15:29 (UTC +04:00)

Göygöl rayon Polis Şöbəsinin Dövlət Yol Polis Bölməsinə yeni rəis təyin edilib.

APA-nın yerli bürosunum məlumatına görə, bununla bağlı daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb. Əmrə əsasən, polis mayoru Məşədiyev Arif Nazim oğlu Göygöl rayon Polis Şöbəsinin Dövlət Yol Polis Bölməsinin rəisi vəzifəsinə təyin alıb. O, bu təyinata qədər İsmayıllı RPŞ DYP bölməsinin rəisi olub. Göygöl rayon Polis Şöbəsinin Dövlət Yol Polis Bölməsinin əvvəlki rəisi Azər Ələkbərov daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov əmri Xankəndi şəhər Polis şöbəsinin DYP bölməsinə rəis təyin edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR