Türkiyədə baş verən güclü zəlzələ nəticəsində zəzər çəkənlərə Göygöl rayonundan da humanitar yardım göndərilib.
APA-nın yerli bürosunun məlumatına görə, fevralın 11-də Göygöl Rayon İcra Hakimiyəti tərəfindən göndərilən humanitar yardımlar Gəncə şəhərində təyin olunmuş məntəqəyə təhvil verilib. Humanitar yardımın içərsinə qida məhsulları, zəruri geyim əşyaları, generatortlar, qızdırıcılar, ərzaq və dərman ləvazimatları daxildir.