Göygöldə özünüməşğulluq proqramı çərçivəsində qurulmuş təsərrüfatlara baxış olub

Göygöldə özünüməşğulluq proqramı çərçivəsində qurulmuş təsərrüfatlara baxış olub
# 19 sentyabr 2024 17:33 (UTC +04:00)

Ötən dövrdə Göygöl rayonunda 1060 şəxs özünüməşğulluq proqramı çərçivəsində kiçik təsərrüfatlarını yaradıb.

Bu barədə APA-ya Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat verilib.

Bildirilib ki, Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev və Göygöl Rayon İcra Hakimiyyətinin başçısı Elvin Paşayev özünüməşğulluq proqramı çərçivəsində Göygöl şəhər sakinləri – Həsənova Ziyafət Cəfər qızı və Allahverdiyeva Vüsalə Amin qızı üçün qurulmuş kiçik təsərrüfatlara baxış keçiriblər.

Z.Həsənova un məmulatları istehsalı, V.Allahverdiyeva isə qadın gözəllik salonu üzrə aktivlərlə təmin olunublar. Onlar işsiz şəxslərə kiçik bizneslərini yaratmaları üçün göstərilən dəstəyə görə dövlət başçısına minnətdarlıqlarını ifadə ediblər. Verilmiş aktivlərdən düzgün istifadə edərək kiçik bizneslərini inkişaf etdirməyə çalışdıqlarını bildiriblər.

Qeyd edilib ki, ötən dövrdə Göygöl rayonunda 1060 nəfər işsiz və işaxtaran şəxs özünüməşğulluq proqramına cəlb olunaraq kiçik təsərrüfatlarını qurmaları üçün mal və materiallar formasında aktivlərlə təmin ediliblər.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR