Sosial həssas kateqoriyadan olan insanların məşğulluğunun artırılması üçün məqsədli proqramlar və qanunvericiliyə dəyişiklik təklif edilir.
APA-nın əldə etdiyi məlumata görə, sosial həssas kateqoriyadan olan əhali qrupunun məşğulluğunun artırılması üçün qanunvericiliyə dəyişiklik təklif edilir.
Belə ki, sosial cəhətdən həssas qruplardan olan və işə düzəlməkdə çətinlik çəkən şəxslərin məşğulluq imkanlarının artırılması və işəgötürənlərdə bu kateqoriyadan olan şəxslərə yeni iş yerlərinin yaradılmasının stimullaşdırılması məqsədilə “Məqsədli proqramlar” və “Kvotadan əlavə iş yerləri” aktiv məşğulluq tədbirlərinin mexanizmləri hazırlanıb və qanunvericilik dəyişiklik layihələri müvafiq icra hakimiyyəti orqanlarına təqdim edilib.