Bank Of Baku

I Qarabağ müharibəsində itkin düşmüş hərbçi Yarməmməd Nuriyevin qalıqları Xaçmazda dəfn edilib - FOTO

I Qarabağ müharibəsində itkin düşmüş hərbçi Yarməmməd Nuriyevin qalıqları Xaçmazda dəfn edilib - FOTO
# 01 iyul 2026 13:14 (UTC +04:00)

I Qarabağ müharibəsində itkin düşmüş hərbçi Yarməmməd Nuriyevin nəşinin qalıqları ailəsinə təhvil verilib.

APA-nın yerli bürosunun xəbərinə görə, bu gün itkin-şəhidlə Xaçmaz rayonunda vida mərasimi keçirilib.

Şəhidin nəşinin qalıqları Xaçmaz rayonu Köhnə Xudat kənd qəbiristanlığında dəfn olunub.

Dəfn mərasimində şəhidin ailə üzvləri, yaxınları, rayon ictimaiyyətinin nümayəndələri, şəhid ailələri, qazilər, hərbçilər, hüquq-mühafizə orqanlarının əməkdaşları və kənd sakinləri iştirak ediblər.

Mərasimdə hərbi orkestr Dövlət Himnini ifa edib, yaylım atəşi açılıb.

Qeyd edək ki, Nuriyev Yarməmməd Məhsud oğlu 1961-ci ildə Xaçmaz rayonunun Köhnə Xudat kəndində doğulub.

1993-cü ildə Cəbrayıl rayonunda, Araz çayının yaxınlığında itkin düşüb.

Uzun illər itkin hesab olunan şəhidin kimliyi aparılan eyniləşdirmə prosesi nəticəsində müəyyən edilib və nəşi ailəsinə təhvil verilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR