Balıq və digər su bioresurslarının idman və həvəskar ovuna tələblər dəyişib.
APA-nın məlumatına görə, bu, Nazirlər Kabineti “Balıq və digər su bioresursları ovunun Qaydaları”nda etdiyi dəyişiklikdə əksini tapıb.
İndiyə qədər aşağıdakı yerlərdə və müddətlərdə balıq və digər su bioresurslarının idman və həvəskar ovu qadağan edilib:
|
Qadağanın qüvvədə olduğu müddət intervalı |
Xəzər dənizi |
|
Şabran limanında |
1 yanvar -15 iyun |
Körpə balıqların buraxılışı zamanı Şirvan Nərəbalıqartırma Zavodunun nohurlarından Baş Şirvan Kollektorunun mənsəbinə kimi sahədə |
1 iyun - 20 iyul |
Kür çayı |
|
Mingəçevir şəhər körpüsündən Varvara su anbarının sahillərinə kimi 10 km-lik ərazidə |
1 - 30 aprel |
Çay ilə əlaqəsi olan su hövzələrində |
1 may - 30 iyun |
Xəzər dənizinə axan bütün çaylarda |
1 may - 30 iyun |
Krevetlərin kürüləmə müddətində |
1 iyun - 1 iyul |
Şabran limanının Xəzər dənizi ilə birləşdirən kanalın və onun mənsəbindəki hər iki tərəfə 1 km , dənizə doğru 2 km-lik ərazilərdə |
1 yanvar -15 avqust |
Xərçəng ovu |
1 aprel - 31 oktyabr |
Dəyişikliyə əsasən, bundan sonra balıq və digər su bioresurslarının idman və həvəskar ovuna dair qadağalar aşağıdakı kimi olacaq:
Su obyektləri |
Qadağan müddətləri |
Xəzər dənizində (gölündə) və dənizə axan bütün çaylarda |
1 may - 30 iyun |
Şabran limanını Xəzər dənizi ilə birləşdirən kanalın və onun mənsəbindəki hər iki tərəfə 1 km, dənizə doğru 2 km-lik ərazilərdə |
1 yanvar -15 avqust |
Kür və Araz çayları ilə əlaqəsi olan bütün su hövzələrində |
1 may - 30 iyun |
Kür çayında Mingəçevir şəhər körpüsündən Varvara su anbarının sahillərinə qədər 10 km-lik ərazidə |
1 - 30 aprel |