İki ali məktəbə prorektor təyin edilib

İki ali məktəbə prorektor təyin edilib
# 28 mart 2024 17:26 (UTC +04:00)

Sumqayıt Dövlət Universiteti və Azərbaycan Texnologiya Universitetinə prorektor vəzifəsinə yeni təyinatlar olub.

Elm və Ali Təhsil üzrə Dövlət Agentliyindən APA-ya verilən xəbərə görə, elm və təhsil naziri Emin Əmrullayevin müvafiq əmrinə əsasən Könül Abaslı Sumqayıt Dövlət Universitetinin beynəlxalq əlaqələr üzrə və Şahmar Umud oğlu Həsənov Azərbaycan Texnologiya Universitetinin sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektoru vəzifəsinə təyin olunublar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR