İmişliyə yeni polis rəisi təyin edilib

İmişliyə yeni polis rəisi təyin edilib
# 12 fevral 2024 21:24 (UTC +04:00)

İmişliyə yeni polis rəisi təyin edilib.

APA xəbər verir ki, bu barədə daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.

Əmrə əsasən, Saatlı rayon Polis Şöbəsinin rəisi, polkovnik Azər Tağıyev tutduğu vəzifədən azad edilərək, İmişli rayon Polis Şöbəsinin rəisi təyin edilib.

İmişli rayon Polis Şöbəsinin keçmiş rəisi polkovnik Füzuli Şıxəliyev xidmətdə son yaş həddi ilə əlaqədar vəzifəsindən azad edilərək, təqaüdə göndərilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR