Bank Of Baku

İnsan alveri, fahişəliyə cəlb etmə, əxlaqsızlıq yuvaları saxlamaya görə 21 şəxs axtarışda olub

İnsan alveri, fahişəliyə cəlb etmə, əxlaqsızlıq yuvaları saxlamaya görə 21 şəxs axtarışda olub
# 17 may 2024 10:00 (UTC +04:00)

Ötən il insan alveri, fahişəliyə cəlb etmə, əxlaqsızlıq yuvaları saxlama cinayətlərinə görə 21 (-2) təqsirləndirilən şəxs yerli axtarışda olub.

APA-nın xəbərinə görə, bu, İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun 2023-cü il üzrə illik məlumatında əksini tapıb.

Qeyd edilib ki, hesabat ilində 17-i (sabit) insan alveri, 3-ü (+2) fahişəliyə cəlb etmə, 1-i (-2) əxlaqsızlıq yuvaları saxlama cinayətlərinə görə 21 (-2) təqsirləndirilən şəxs yerli axtarışda olub, onlardan 9 (sabit) nəfəri, o cümlədən 5 (+2) insan alverçisi saxlanılaraq cinayət təqibi orqanına təqdim olunub.

Hazırda insan alveri cinayəti törətməkdə təqsirləndirilən 12 (+1) nəfərin İnterpol kanalları ilə beynəlxalq axtarışı davam etdirilir. Həmin şəxslərin gizləndikləri ölkələr və barələrində digər zəruri məlumatlar əldə edilərək onların ikitərəfli və çoxtərəfli qarşılıqlı hüquqi yardım haqqında müqavilələrin tələblərinə uyğun ekstradisiyası üçün aidiyyəti üzrə müraciətlər ünvanlanıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR