Sosial Xidmətlər Agentliyinin tabeliyindəki İnsan Alveri Qurbanlarına Yardım Mərkəzində 326 şəxsin sosial reabilitasiyası işləri aparılıb.
APA xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyinin sədri Vüqar Behbudov "İnsan alverinə qarşı mübarizə: fəaliyyət və perspektivlər" mövzusunda keçirilən tədbirdə deyib.
O qeyd edib ki, onlardan 203 nəfər Daxili İşlər Nazirliyi tərəfindən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə yönləndirilən insan alveri qurbanları, 123 nəfər müvafiq dövlət qurumları, qeyri-hökümət təşkilatları tərəfindən istiqamətləndirilən potensial insan alveri qurbanları olub.