Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin tabeliyində olan İnsan alveri qurbanlarına Yardım Mərkəzinə 2023‐cü il ərzində 86‐ qadın, 7 ‐ kişi olmaqla 93 nəfər müraciət edib.
APA-nın xəbərinə görə, bu, bu gün Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin iclasında müzakirəyə çıxarılan “Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin 2023-cü il üzrə Məlumatı”nda əksini tapıb.
Müraciət etmiş şəxslər ilə bağlı məlumatlar aşağıdakı kimi təsnifatlaşdırılmış vəya qruplaşdırılıb:
yaş üzrə təsnifat:
– 0‐18 yaş arası 3 nəfər;
- 18 yaşdan yuxarı 90 nəfər.
İnsan alveri formalarının təsnifatı:
- 55 nəfər qadın‐ cinsi istismar üzrə;
- 1 nəfər kişi‐ məcburi əmək üzrə;
– 4 nəfər qadın‐ məişət zorakılığı üzrə;
- 33 nəfər qadın‐ potensial insan alveri qurbanı.
Vətəndaşlıq üzrə təsnifat:
- 2 nəfər‐ Gürcüstan vətəndaşı;
- 91 nəfər‐ Azərbaycan vətəndaşı.