İnsan alverinə qarşı mübarizədə müstəsna rol oynayan sayca dördüncü Milli Fəaliyyət Planının icra müddəti cari ildə bitdiyindən həmin cinayətlərlə mübаrizənin kоmplеks şəkildə və sistеmli aparılması üçün 2025-2030-cu illəri əhatə edən növbəti konseptual sənəd layihəsi hazırlanmalıdır.
APA-nın xəbərinə görə, bu, İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun 2023-cü il üzrə illik məlumatında əksini tapıb.
Qeyd edilib ki, insan alverinə qarşı mübarizənin hüquqi müstəvidə həyata keçirilməsinə başlanıldığı 2004-cü ildən bugündək olan müddətdə əldə edilmiş müsbət nəticələrin davamlılığının təmin edilməsi qarşıda duran əsas məqsədlərdəndir.
Transmilli mütəşəkkil cinayətkar birləşmələrin müasir informasiya - kommunikasiya texnologiyalarından geniş istifadə etməsi baxımından bu sаhədə əməkdaşların peşə hazırlığının yüksəldilməsi, mütərəqqi beynəlxalq təcrübənin tətbiqi, fəaliyyətin təkmilləşdirilməsi, internet üzərindən törədilən cinayətlərin hərtərəfli və səmərəli araşdırılmasını təmin edən elektron informasiyanın toplanması sahəsində beynəlxalq əməkdaşlığın, xüsusən dövlətlərarası qarşılıqlı hüquqi və texniki yardımın genişləndirilməsi müəyyən olunmuş hədəflərdir. Hazırda bu istiqamətlərdə fəaliyyət planlı surətdə davam etdirilir.