İntihar və intihara cəhd hadisələrini qarşısının alınması mövzusunda tədbir keçirilib

İntihar və intihara cəhd hadisələrini qarşısının alınması mövzusunda tədbir keçirilib
# 21 fevral 2024 11:02 (UTC +04:00)

Fövqəladə Hallar Nazirliyinin Fövqəladə halların nəticələrinin aradan qaldırılması işinin təşkili Baş idarəsi tərəfindən Nazirliyin müvafiq əmrinə uyğun olaraq Sumqayıt Regional Mərkəzində növbəti maarifləndirmə tədbiri həyata keçirilib.

APA FHN-ə istinadən xəbər verir ki, tədbirdə Sumqayıt şəhərində yerləşən ümumtəhsil müəssisələrinin rəhbər şəxsləri, Sumqayıt Regional Mərkəzinin hərbi qulluqçuları və xilasediciləri iştirak ediblər.

Tədbiri giriş sözü ilə acan Sumqayıt Regional Mərkəzin həkimi tibb xidməti kapitanı Arzu Baba-zadə iştirakçıları salamlayaraq keçirilən tədbirin əhəmiyyətindən danışıb.

FHN Fövqəladə halların nəticələrinin aradan qaldırılması işinin təşkili Baş idarəsin Tibbi və psixoloji yardımın təşkili şöbəsinin rəisi leytenant Çillər Əsədli Sumqayıt Regional Mərkəzin xilasedicilərinin intihara cəhd hadisələri zamanı göstərdikləri uğurlu fəaliyyətdən söz açıb və intihara cəhd zamanı zərərçəkmişə doğru şəkildə yanaşmanın vacibliyini diqqətə çatdırıb.

Baş idarənin psixoloqu Sona Məmmədova son dövrlər aktuallığı daha da artan “İntihar və intihara cəhd hadisələrin qarşısının alınması” mövzusunda çıxış edərək, tədbirin iştirakçılarına intiharın mahiyyəti, səbəbləri, intihara cəhd edən insanın davranışı və psixoloqiyası barədə ətraflı məlumat verib, cəmiyyətdə intiharlara münasibət, risk qrupları, intihara cəhd edən insanla ünsiyyət zamanı xüsusi davranış qaydalarından və psixolojı yardımın xüsusiyyətlərindən bəhs edib. Məlumatlar fotoslayd və videoçarxın müşayiəti ilə təqdim edilib.

Tədbirdə mövzu ətrafında geniş müzakirələr aparılıb, bu istiqamətdə keçirilən maarifləndirmə tədbirlərinin vacibliyi qeyd olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR