Bank Of Baku

İrakli Kobaxidze ilk xarici səfərini Brüsselə edib

İrakli Kobaxidze ilk xarici səfərini Brüsselə edib
# 19 fevral 2024 10:38 (UTC +04:00)

Gürcüstanın Baş naziri İrakli Kobaxidze Brüsselə ilk səfərinə gedib.

APA-nın Gürcüstan bürosu xəbər verir ki, məlumatı Gürcüstanın hökumət administrasiyası yayıb. Bildirilib ki, hökumət başçısı səfər çərçivəsində Aİ və NATO rəsmiləri ilə görüşlər keçirəcək. Kobaxidzenin Gürcüstan-Aİ Assosiasiya Şurasının 8-ci iclasında iştirak edəcəyi qeyd olunub.

Baş nazirim səfər çərçivəsində Aİ-nin xarici siyasət rəhbəri Cozef Borell və genişlənmə danışıqları üzrə komissar Oliver Vahelyi ilə, həmçinin NATO baş katibi Yens Stoltenberq ilə görüşləri planlaşdırılıb.

Kobaxidzenin NATO-Gürcüstan Komissiyasının iclasında iştirak edəcəyi qeyd olunub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR