İstanbul NS Klinikası öz müasir texnologiyası və mükəmməl səviyyədə ixtisaslı tibbi personalları ilə 2009-cu ildən Azərbaycanın ən qabaqcıl klinikalarından biri olmaq statusunu hələ də qoruyur. Tibbin bütün sahələrində yer alan klinikada prosedur müddətində klinikanı tərk etmədən bütün tibbi xidmətlərdən faydalanmaq üçün hər bir şərait yaradılıb. KT, MRT, Tomaqrafiya, UZİ, EEG, EKQ, Rentgen kimi ilkin və dəqiq müalicələrin cavabı qısa müddətdə pasiyentə və həkimə göndərilir.
Əməliyyatxanalar və xəstə otaqları müasir avadanlıqlarla təchiz olunub. Pasiyentə istər əməliyyat müddəti, istərsə də əməliyyat sonrası müddətdə özünü rahat hiss etməsi üçün hər bir şərait yaradılır. Eynilə də, xəstə yaxınlarının gözləmə müddəti ərzində rahatlığını təmin etmək üçün klinika daxilində kafeterya və rahat divanlarla təmin edilmiş gözləmə zalları, namaz otağı da var.
Klinika tibbin geniş sahələrini əhatə edir. Başlıca olaraq plastik-estetik və rekonstruktiv əməliyyatlar olmaqla digər bütün cərrahi əməliyyatlar da icra edilir. Bu sahədə öz sözünü demiş yerli və xarici həkimlər daim xidmətinizdədir.
Bakının mərkəzində yerləşən İstanbul NS Klinikası 2009-cu ildən fəaliyyət göstərir. Müasir avadanlıqları və ixtisaslı tibbi personalları ilə 7/24 xidmətinizdədir. Klinikada tibbin geniş sahələrini əhatə edən xidmətlər yer almaqdadır.
- Ümumi Cərrahiyyə
- Plastik, Estetik və Rekonstruktiv Cərrahiyyə
- Üz-Çənə Cərrahiyyəsi
- Travmatologiya və Ortopediya
- Anesteziologiya və Reanimasiya
- Alqologiya və Ağrı
- Damar Cərrahiyəsi
- Dermatovenerologiya
- Endokrinologiya
- Fizioterapiya və Reabilitasiya
- Ginekologiya
- Kardiologiya
- Rinoplastika
- Neyrocərrahiyyə kimi xidmətlər verilməkdədir
İstanbul NS Klinika Travmatologiya və Ortopediya şöbəsi bir sıra xəstəliklərin müalicəsini peşəkarlıqla həyata keçirir.
Yuxarı ətraf travmaları: bazu, kürək, said və əl sümükləri, körpücük sümüklərindəki sınıqlar, əzələ və damar zədələnmələri, yırtıqlar.
Aşağı ətraf travmaları: topuq, daban, pəncə, ayaq, bud, baldır nahiyələrindəki funksional pozğunluqlar - qırıq, sınıq, çıxıq kimi zədələnmələr, duzlaşmalar.
Skoliozlar: bu xəstəlik onurğanın öz oxundan yayınıb əyilməsidir. İlk başlarda təbii bir deformasiya kimi görünsə də irəliləyən mərhələlərdə ciddi əyilmələrlə yanaşı daxili orqanları sıxışdırması ilə də müşahidə edilir. Bu səbəbdən bu xəstəlik erkən mərhələdə aşkar edilməli və müalicə olunmalıdır.
Digər onurğa deformasiyaları : anadangəlmə və ya sonradan qazanılan onurğa problemidir. Oturuş tərzi, çalışma mühiti, ağır yüklər və s. onurğada deformasiyalara səbəb ola bilər.
Döş qəfəsi deformasiyaları : müxtəlif ağrı və narahatlıq şəklində özünü göstərsə də bəzən ağrısız olur. İrəliləyən mərhələlərdə döş qəfəsindəki batıqlıq daxili orqanların sıxıştırılmasına gətirib çıxarır, orqanların tam funkionallağına əngəl törədir.
İstanbul NS Klinikasının Təcili Tibbi Yardım şöbəsi təxirəsalınmaz ilkin tibbi müdaxilə şöbəsidir. Yerində müdaxilə üçün müasir avadanlıqları olan tibbi avtomobil və peşəkar heyət 7/24 xidmətinizdədir. Sizdə baş verən, yolda və ya işdə rastlaşdığınız, ilkin tibbi yardım tələb edən hallarda 070 738 85 00 nömrəsi ilə əlaqə saxlayın.
Günümüzdə ölüm hallarının bir çoxu vaxtında və ya düzgün ilkin tibbi yardım edilməməsi səbəbindən baş verir. Həmçinin klinikaya gec çatdırılma və ya klinikaya çatdırılana qədər heç bir tibbi müdaxilə edilməməsi də həyati təhlükələrə səbəb olur.
İstanbul NS Klinikasının Təcili Tibbi Yardım şöbəsi müasir avadanlıqları olan tibbi avtomobilə sahibdir. Avtomobildə istər xəstə yatağı, istər ilkin müdaxilə avadanlıqları peşəkar personalların istifadəsilə sizin sağlamlığınız üçün düşünülüb.
Tecili yardim şöbəsindən bütün yaş qruplarından olan xəstələrə xidmət göstərilə bilər. Təcili yardım xidmətlərində müşahidə otağı, müdaxilə otağı, gips otağı və EKQ kimi bölmələr var.
Klinikaya gətirilən xəstələrə bütün zəruri müdaxilələrin edilməsi üçün şərait yaradılıb. Belə ki, kompüter tomoqrafiyası, maqnit rezonans, ultrasəs görüntüləmə, laboratoloji müayinələr və s. kimi imkanlar mövcuddur. İstanbul NS Klinikası sizin sağlamlığınızı düşünərək hər bir şöbəni müasir avadanlıqlarla təchiz edib. Şöbələrdə çalışan kollektiv öz işlərində peşəkar şəxslərdən seçilib.
Təcili tibbi yardım səhiyyə müəssisələrində təcili yardıma ehtiyacı olan şəxslərə xidmət üçün yaradılmış bölmədir. Təcili yardım xidmətləri xəstənin şikayətinə uyğun olaraq müxtəlif bölmələr şəklində fəaliyyət göstərir. Təcili yardım yüngül xəstəliklərdən ağır xəstəliklərə qədər bütün sahələri əhatə edən xidmət sferasına malikdir. Şöbədə tənəffüs çatışmazlığı, qulaq ağrısı, qanaxma, boğaz ağrısı və bir çox sağlamlıq problemlərilə tibbi müdaxilə olunur.