Bank Of Baku

İtkin düşən hərbçi Teymur Allahverdiyevin nəşinin qalıqları Neftçalada dəfn olunub - FOTO

Teymur Allahverdiyevin nəşinin qalıqları Neftçalada dəfn olunub

© APA | Teymur Allahverdiyevin nəşinin qalıqları Neftçalada dəfn olunub

# 31 oktyabr 2025 13:25 (UTC +04:00)

Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab edilən və nəşinin qalıqları 33 il sonra tapılan şəhid Allahverdiyev Teymur Qüdrət oğlu ilə vida mərasimi keçirilib.

APA-nın Mil-Muğan bürosunun xəbərinə görə, şəhidin nəşinin qalıqları ailəsinə təhvil verilib. Bu gün şəhidlə onun yaşadığı evdə vida mərasimi keçirilib. Vida mərasimindən sonra şəhidin nəşinin qalıqları Neftçala rayonunun Qaçaqkənd kənd qəbristanlığında torpağa tapşırılıb.

Dəfn mərasimində mərhumun yaxınları, rayon ictimaiyyəti, yerli dövlət qurumlarının nümayəndələri və hərbçilər iştirak ediblər.

Qeyd edək ki, Teymur Allahverdiyev 1967-ci ildə Neftçala rayonunun Qaçaqkənd kəndində anadan olub.

O, Birinci Qarabağ müharibəsində döyüşlərdə iştirak edib, 8 may 1992-ci ildə Şuşa şəhərində itkin düşmüş hesab edilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR