Bank Of Baku

İTSDA: Əsas çətinlik növbələrlə bağlıdır, buna görə e-Tabib tətbiqi hazırlanır

İTSDA: Əsas çətinlik növbələrlə bağlıdır, buna görə e-Tabib tətbiqi hazırlanır
# 14 fevral 2023 12:07 (UTC +04:00)

Səhiyyə Nazirliyinin tabeliyinə verilən 9 elmi tədqiqat institutu icbari tibbi sığorta çərçivəsində fəaliyyətini davam etdirir.

APA xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Aynurə Əhmədova deyib. O bildirib ki, həmin institutlar TƏBİB-in nəzdində necə fəaliyyət göstərirdilərsə, indi də eynilə davam etdirilir.

Aynurə Əhmədova, həmçinin qeydiyyat üzrə həkimə müraciətlə bağlı göndərişin ləğv edildiyini diqqətə çatdırıb:

"Əvvəlcə qeydiyyat yerinə bağlılıq var idi. Biz o qaydanı ləğv etdik. İndi vətəndaşlarımız poliklinikalar, ailə sağlamlıq mərkəzləri istisna olmaqla istənilən böyük xəstəxanaya müraciət edib tibbi xidmət ala bilərlər. Bu qayda rayonlara da aiddir".

Aynurə Əhmədova qeyd edib ki, hazırda əsas çətinlik növbələrlə bağlıdır:

"e-Tabib tətbiqi hazırlanır. İlin sonuna kimi həmin tətbiqin təqdim edilməsi planlaşdırılır. Ümid edirik ki, bundan sonra vətəndaşlarımız daha rahat şəkildə tətbiqdən növbə götürərək tibbi xidmətlərdən faydalana biləcəklər".

Aləmdə Nəsib

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR