İyul ayı ərzində 23 mindən çox pensiya, müavinət təyinatı proaktiv qaydada aparılıb

İyul ayı ərzində 23 mindən çox  pensiya, müavinət təyinatı proaktiv qaydada aparılıb
# 12 avqust 2024 10:31 (UTC +04:00)

2024-cü ilin iyul ayı ərzində 23 038 pensiya, müavinət və təqaüd təyinatı elektron infrastruktur üzərindən proaktiv qaydada həyata keçirilib.

Bu barədə APA-ya Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondundan məlumat verilib.

Bildirilib ki, onlardan 2 711-i pensiya, 20 327-si isə müavinət (o cümlədən MDSS hesabına ödənilən) və təqaüd təyinatıdır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR