Azərbaycanda iyun ayında 13 nəfəri ilan sancıb.
Bu barədə APA-ya Bakı Şəhər Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinin baş həkimi, baş toksikoloq Azər Maqsudov bildirib. Onun sözlərinə görə, ilan sancması ilə əlaqədar müraciət edənlər əsasən 25-40 yaş arası şəxslər olub:
“Əsasən regionlardan müraciətlər olub - Hacıqabul, Şirvan, Qəbələ, Tovuz, Yevlax, Bərdə və s. 1-2 nəfər isə cənub regionundan müraciət edib. İlan cancmasından ölüm baş verməyib”.
Baş toksikoloq bildirib ki, müraciət edən 13 nəfərdən 4-nün vəziyyəti ağır olub: “Onlardan 3-ü artıq evə buraxılıb, 1 nəfərin isə müalicəsi davam edir”.
Azər Maqsudov qeyd edib ki, may ayında isə 21 nəfəri ilan sancıb.