Bank Of Baku

Kahramanmaraş sakini: Bu çətin anlar türklərin birləşdiyi gündür

Ahmet Bayraktar

© APA | Ahmet Bayraktar

# 13 fevral 2023 13:56 (UTC +04:00)

“Bizim üçün çox çətin olan bu günlər əslində türklərin birləşmə günüdür”.

APA-nın Türkiyəyə ezam olunan müxbiri Səlcuq Elçin xəbər verir ki, bunu zəlzələ baş verən Kahramanmaraş bölgəsinin sakini, Doğukənd məhəlləsinin muxtarı (icra nümayəndəsi) Ahmet Bayraktar deyib.

Ahmet Bayraktar zəlzələdən zərərçəkənlərə edilən yardımlara görə Azərbaycana təşəkkür edib: "Allah düşmənə də belə faciə yaşatmasın. Xeyirsevər insanlara, Azərbaycan xalqına minnətdarıq. İlk günlərdə bizə birinci yardımı Azərbaycan və Qırğızıstan elədi. Bizi bu çətin gündə tək qoymadınız".

O qeyd edib ki, zəlzələ nəticəsində ərazidə olan binaların hamısı zədələnib: "Dövlətimiz bizi hələlik hər şeylə təmin etməyə çalışır. Yaxın vaxtlarda binalarımız söküləcək, yerində yeni binalar tikiləcək. Bu günümüzə də şükür edirik”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR