Bank Of Baku

Kamran Əliyev: Maddi-texniki bazanın gücləndirilməsi xidmətlərin səviyyəsini yüksəldir

Kamran Əliyev: Maddi-texniki bazanın gücləndirilməsi xidmətlərin səviyyəsini yüksəldir
# 18 aprel 2025 13:18 (UTC +04:00)

Prokurorluq orqanlarının fəaliyyətinin müasir dövrün tələblərinə uyğun qurulması, maddi-texniki bazasının gücləndirilməsi və əməkdaşlar üçün hərtərəfli şəraitin yaradılması dövlətimizin hüquq-mühafizə sisteminə verdiyi önəmin təzahürüdür.

APA xəbər verir ki, bunu Baş prokuror Kamran Əliyev bu gün Pirallahı rayon prokurorluğunun yeni inzibati binasının açılış mərasimində deyib.

O, bildirib ki, bu yüksək diqqət və qayğı nəticəsində vətəndaşlara göstərilən hüquqi xidmətlərin səviyyəsi yüksəlir, ictimai etimad daha da möhkəmlənir:

“İstifadəyə verilən yeni inzibati bina isə həm vətəndaş məmnunluğunun artırılmasına, həm də prokurorluq əməkdaşlarının peşəkarlığının yüksəldilməsinə xidmət edəcək”.

Baş prokuror bildirib ki, harada qanunsuzluq faktı varsa, prokurorluq əməkdaşlarının o barədə məlumatı olmaldır və həmin qanunsuzluğu araşdırmalıdır: "Ədalətli qərar verilməlidir. Hər kəs dövlət maraqları üçün çalışmalıdır".

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR