Bank Of Baku

Kanada vətəndaşlarını Belarusu dərhal tərk etməyə çağırıb

Kanada vətəndaşlarını Belarusu dərhal tərk etməyə çağırıb
# 14 fevral 2023 02:52 (UTC +04:00)

Kanada hakimiyyəti həmvətənlərini dərhal Belarus ərazisini tərk etməyə çağırıb.

APA-nın məlumatına görə, bu barədə Kanada Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.

Məlumata görə, hazırda ölkənin Polşadakı səfirliyinin Belarusda konsulluq xidmətləri göstərmək imkanları çox məhduddur.

Sənəddə deyilir: “Kanadalılar yerli qanunların seçmə tətbiqi və Rusiya ilə Ukrayna arasında silahlı münaqişə riski səbəbindən Belarusa səyahət etməkdən çəkinməlidirlər”.

Bütün kanadalılar Belarusu kommersiya nəqliyyatı ilə tərk etməlidirlər.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR