Keçən il “Qadın Dəstək Xəttinə” müraciətlərin sayı 2 dəfəyə qədər artıb, 4079-a çatıb

Keçən il “Qadın Dəstək Xəttinə” müraciətlərin sayı 2 dəfəyə qədər artıb, 4079-a çatıb
# 20 may 2024 15:03 (UTC +04:00)

“Qadın Dəstək Xəttinə” 2023‑cü il ərzində 4079 müraciət daxil olub.

APA-nın xəbərinə görə, bu, bu gün Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin iclasında müzakirəyə çıxarılan “Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin 2023-cü il üzrə Məlumatı”nda əksini tapıb.

Müraciətlərin bölgüsü aşağıdakı kimidir:

Ailədaxili problemlər – 958

Məişət zorakılığı – 521

Boşanma – 358

Alimentin alınmasında çətinlik – 447

Sosial‑maddi rifah – 522

Sağlamlıq hüququnun təmin edilməsi – 181

Hüquqi yardım – 971

Sığınacaqla təmin olunma – 121.

Rəqəmlərdən görünür ki, 2022‑ci ilə müqayisədə 2023‑cü ildə “Qadın Dəstək Xətti”nə edilən müraciətlərin sayı 2050‑dən 4079‑a qədər artıb. Ailədaxili problemlər 676‑dan 958‑ə, məişət zorakılığı 361‑dən 521‑ə, boşanma 182‑dən 358‑ə, alimetin alınmasında çətin lik 235‑dən 447‑yə, hüquqi yardımla təmin olunma 320‑dən 971‑ə, sağlamlıq hü ququnun təmin edilməsi 105‑dən 181‑ə, sosial‑maddi rifah 142‑dən 522‑yə, sığınacaqla təmin olunma ilə 29 müraciətdən 121 müraciətə qədər artıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR