2023‐cü il ərzində rayon (şəhər) prokurorluqlarında 620 özünü öldürmə hadisəsi qeydə alınıb.
APA-nın xəbərinə görə, bu, bu gün Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin iclasında müzakirəyə çıxarılan “Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin 2023-cü il üzrə Məlumatı”nda əksini tapıb.
Qeyd edilib ki, onlardan 460‐ı kişi, 160‐ı qadın olub. O cümlədən qeyd olunan şəxslərdən 38‐i yetkinlik yaşına çatmayan şəxslər olub.
Əvvəlki illərlə müqayisədə özünü öldürmə hadisələrinin sayı artıb.