Bank Of Baku

Keçən il şəhid ailələri, müharibə əlilləri və hərbi qulluqçulara verilən mənzillərin sayı açıqlanıb

Keçən il şəhid ailələri, müharibə əlilləri və hərbi qulluqçulara verilən mənzillərin sayı açıqlanıb
# 15 mart 2024 11:26 (UTC +04:00)

Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanın Əliyevanın daim diqqət və qayğısı ilə post müharibə dövründə 6000 mənzil şəhid ailələri, müharibə əlillərinə və həssas təbəqədən olan digər şəxslərə verilib, habelə 474 avtomobil müharibə əlillərinə təqdim edilib.

APA-nın xəbərinə görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında Nazirlər Kabinetinin 2023-cü ildə fəaliyyəti haqqında hesabatını təqdim edən Baş nazir Əli Əsədov bildirib.

Baş nazir deyib ki, hərbi qulluqçuların sosial müdafiəsinin gücləndirilməsi tədbirləri çərçivəsində hərbi qulluqçulara 473 ədəd tam təmirli mənzil alınıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR