Bank Of Baku

Keçmiş məcburi köçkün, şəhid anası: Bu gün Qarabağ təkcə qarabağlıların yox, bütün azərbaycanlıların yurdudur

Ağdarə rayon Çapar kəndinə köç edən keçmiş məcburi köçkün Nəzakət Aslanova

© APA | Ağdarə rayon Çapar kəndinə köç edən keçmiş məcburi köçkün Nəzakət Aslanova

# 09 yanvar 2026 19:18 (UTC +04:00)

"Ağdərədən köçkün düşəndə mənim 22 yaşım var idi. Həmin dövrdə qardaşım Natiq Həsənov şəhid oldu. İndi yurda qayıdıram".

Bu sözləri bu gün APA-nın Qarabağ bürosuna açıqlamasında Ağdarə rayon Çapar kəndinə köç edən keçmiş məcburi köçkün Nəzakət Aslanova deyib.

"Vətən müharibəsindən isə tək oğlum şəhid oldu. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Mən deyərdim ki, bu gün Qarabağ təkcə qarabağlıların yox, bütün azərbaycanlıların yurdudur", - o deyib.

Nəzakət Aslanova eyni zamanda doğma yurda qayıdışın sevincini yaşadığına görə, qazilərə, veteranlara təşəkkür edib, dövlət başçısı İlham Əliyevə dərin minnətdarlığını bildirib:

"Müharibədə cənab İlham Əliyevin fəaliyyətini unutmaq olmaz. Mən bir şəhid anası kimi canab Prezidentdə öz minnətdarlığımı bildirirəm".

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR