Bank Of Baku

Kəmaləddin Heydərov Ağdaş şəhərində vətəndaşları qəbul edəcək

fövqəladə hallar naziri Kəmaləddin Heydərov

© APA | fövqəladə hallar naziri Kəmaləddin Heydərov

# 28 avqust 2024 12:18 (UTC +04:00)

Azərbaycan Respublikasının fövqəladə hallar naziri Kəmaləddin Heydərov tərəfindən avqustun 30-da Ağdaş şəhərində, Ağdaş rayon Dövlət Yanğından Mühafizə Hissəsinin inzibati binasında saat 10:00-dan Ağdaş və Göyçay rayonları sakinlərinin qəbulu keçiriləcək.

APA xəbər verir ki, bu barədə FHN-nin Mətbuat xidmətindən bildirilib.

Qəbula gələn vətəndaşların qeydiyyatı 29 avqust 2024-cü il tarixində Ağdaş rayon Dövlət Yanğından Mühafizə Hissəsinin inzibati binasında saat 09:00-da başlayacaq.

Qəbulda yalnız Fövqəladə Hallar Nazirliyinin səlahiyyətlərinə aid müraciətlərə baxılacaq.

Qəbula gələn vətəndaşlar şəxsiyyəti təsdiq edən sənəd təqdim etməlidirlər.

Əlaqə:

tel: +994 (12) 512-01-14

e-mail: [email protected]

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR