Bank Of Baku

Konstitusiya Məhkəməsi Baş Prokurorluğun sorğusuna baxacaq

Konstitusiya Məhkəməsi Baş Prokurorluğun sorğusuna baxacaq
# 13 oktyabr 2025 17:28 (UTC +04:00)

Konstitusiya Məhkəməsi Palatasının növbəti iclası keçirilib.

Məhkəmədən APA-ya verilən xəbərə görə, iclasda Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin IV hissəsinə və «Konstitusiya Məhkəməsi haqqında» Qanunun 7.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 14.2-ci və 228.1-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikasının Baş Prokurorluğunun sorğusuna baxılaraq, Plenumun icraatına qəbul olunması haqqında qərardad qəbul edilib.

Sorğuya mahiyyəti üzrə, tərəflərin iştirakı ilə Konstitusiya Məhkəməsi Plenumunun noyabrın 4-nə təyin edilmiş iclasında baxılacaq.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR