Bank Of Baku

Konsul: "Türkiyəyə ilk dəstək verən ölkə Azərbaycan oldu"

Türkiyənin Gəncədəki Baş konsullu Recep Öztop

© APA | Türkiyənin Gəncədəki Baş konsullu Recep Öztop

# 07 fevral 2023 15:42 (UTC +04:00)

Türkiyədə baş verən zəlzələ tarixdə çox nadir rast gəlinən, yüz ilin ən dəhşətli zəlzələlərindən biridir.
APA-nın xəbərinə görə, bunu Türkiyənin Gəncədəki Baş konsullu Recep Öztop deyib.
Baş konsul zəlzələnin Türkiyədə təxminən 13 milyon əhalinin yaşadığı bir bölgəni əhatə etdiyini qeyd edərək “dövlətimiz zəlzələnin nəticələrinin aradan qaldırılması ilə bağlı bütün imkanları səfərbər edib”, deyə bildirib.
Recep Öztop Türkiyəyə ilk dəstək verən ölkənin Azərbaycan olduğunu vurğulayıb: "Azərbaycan dövləti tez bir zamanda Türkiyəyə dəstək oldu və bu dəstək davam edir. Azərbaycan xalqı da ürəkdən öz dəstəyini ifadə edir, Türkiyənin acısını bölüşür. Bununla Türkiyə-Azərbaycan qardaşlığının daha bir nümunəsi göstərilir. Buna görə Azərbaycan dövlətinə, xalqına təşəkkür edirəm. Bu cür fəlakətlər yaşandığı zaman belə birliyə çox böyük ehtiyac var. İnşallah, belə fəlakətlər bir daha yaşanmaz”.

Zəlzələdən zərər çəkənlərə humanitar yardımlarla bağlı müraciətlərə münasibət bildirən konsul qeyd edib ki, yardımlarla bağlı məsələləri Türkiyə AFAD-ın koordinatorluğu ilə edir. Diplomat yardım etmək istəyənlər üçün hesab nömrələrinin mövcud olduğunu, sosial media hesablarında da bununla bağlı paylaşımlar olacağını qeyd edub.
Qeyd edək ki, bu gün Gəncədə Türkiyə Baş konsulluğunda zəlzələ nəticəsində həlak olanların xatirəsi anılıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR