Bank Of Baku

Kosmik hava durumu: Günəşdəki aktivliyin artacağı gözlənilir

Kosmik hava durumu: Günəşdəki aktivliyin artacağı gözlənilir
# 16 fevral 2023 14:05 (UTC +04:00)

Günəşin səthində 10 aktiv ləkə qrupu müşahidə olunur.

Bu barədə APA-ya Nəsrəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasından verilən kosmik hava proqnozunda qeyd edilib.

Bildirilib ki, aktiv ləkələrin sayı 140-dır.

Qeyd edilib ki, hesabat dövründə Günəş küləyinin parametrləri normal səviyyədə olub. Günəş küləyinin sürəti 390.8 km/san olub.

Vurğulanıb ki, geomaqnit sahə son 3 sutka ərzində sakit-aktiv səviyyələr arasında olub. Hal-hazırda geomaqnit sahə sakitdir.

16-18 fevralda Günəşdəki aktivliyin artacağı gözlənilir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR