Bank Of Baku

Laçın-Xankəndi yolunda aksiya ərazisindən 26 avtomobilin keçidinə şərait yaradılıb - FOTO - YENİLƏNİB

Laçın-Xankəndi yolunda aksiya ərazisindən 26 avtomobilin keçidinə şərait yaradılıb - FOTO  - YENİLƏNİB
# 20 fevral 2023 15:38 (UTC +04:00)

Laçın-Xankəndi yolundan Rusiya sülhməramlı kontingentinə (RSK) məxsus avtomobillərin maneəsiz keçidinə şərait yaradılıb.

APA-nın Şuşaya ezam olunan müxbiri xəbər verir ki, Xankəndindən gələn bir minik, iyirmi üç yük avtomobili Laçın istiqamətinə, Laçından gələn iki yük maşını isə Xankəndinə maneəsiz hərəkət edib.


***

11:50

Laçın-Xankəndi yolundan Rusiya sülhməramlı kontingentinə (RSK) məxsus avtomobillərin maneəsiz keçidinə şərait yaradılıb.

APA-nın Şuşaya ezam olunan müxbiri xəbər verir ki, Xankəndindən gələn RSK-ya məxsus maşın karvanı Laçın - Xankəndi yolundan maneəsiz keçid edib.

Xankəndindən gələn yük maşınları Laçın istiqamətinə hərəkət edib. Səhər saatlarından indiyədək ümumilikdə 14 maşın keçib. Bunlardan 4-ü minik, 10-u yük maşını olub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR