Bank Of Baku

Laçın-Xankəndi yolundakı aksiya 57 gündür davam edir - FOTO - YENİLƏNİB

Laçın-Xankəndi yolundakı aksiya 57 gündür davam edir - FOTO  - YENİLƏNİB
# 06 fevral 2023 08:46 (UTC +04:00)


Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazilərdə faydalı qazıntı yataqlarının, xüsusilə "Qızılbulaq" qızıl və "Dəmirli" mis-molibden yataqlarının qanunsuz istismarına etiraz olaraq ekofəallar və QHT təmsilçiləri Şuşa şəhərində - Laçın-Xankəndi yolunda aksiyanı davam etdirir.

APA-nın Şuşa şəhərinə ezam olunan müxbiri xəbər verir ki, aksiya gecə boyu davam edib.

Aksiya iştirakçıları günə Azərbaycan Respublikasının Dövlət Himnini səsləndirməklə başlayıblar.

Ekofəallar aksiyanın 57-ci günündə də müxtəlif şüarlar səsləndirirlər.

Qeyd edək ki, aksiya ötən il dekabrın 12-dən başlayıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR