Bank Of Baku

Laçın-Xankəndi yolundakı aksiya 71 gündür davam edir - FOTO

Laçın-Xankəndi yolundakı aksiya 71 gündür davam edir - FOTO
# 20 fevral 2023 09:50 (UTC +04:00)

Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazilərdə faydalı qazıntı yataqlarının, xüsusilə "Qızılbulaq" qızıl və "Dəmirli" mis-molibden yataqlarının qanunsuz istismarına etiraz olaraq ekofəallar və QHT təmsilçiləri Şuşa şəhərində - Laçın-Xankəndi yolunda aksiyanı davam etdirir.

APA-nın Şuşaya ezam olunmuş müxbiri xəbər verir ki, aksiya gecə boyu da davam edib.

Aksiya iştirakçıları günə Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirməklə başlayıblar.

Ekofəallar aksiyanın 71-ci günündə aksiya keçirilən yoldan humanitar məqsədlə keçmək istəyən nəqliyyat vasitələrinin maneəsiz keçidinə şərait yaradıb.

Qeyd edək ki, aksiya ötən il dekabrın 12-dən başlayıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR