Laçın-Xankəndi yolundan Rusiya sülhməramlı kontingentinə (RSK) məxsus avtomobillərin maneəsiz keçidinə şərait yaradılıb.
APA-nın Şuşaya ezam olunan müxbiri xəbər verir ki, Xankəndidən gələn RSK-ə məxsus 4 avtomobil, Laçın istiqamətindən gələn 2 yük avtomobili Laçın- Xankəndi yolunun aksiya keçirilən ərazisindən maneəsiz keçid edib.
Səhər saatlarından indiyədək, ümumilikdə RSK-ə məxsus 33 maşın maneəsiz keçid edib.
***
12.40
Laçın Xankəndi yolundan Rusiya sülhməramlı kontingentinə (RSK) məxsus maşın karvanı maneəsiz keçid edib.
APA-nın Şuşaya ezam olunan müxbiri xəbər verir ki, əvvəlcə 2 minik 17 təminat- təhcizat avtomobili keçdikdən az sonra 1 minik, 5 yük maşını keçib.
Ümumilikdə, 3 minik, 22 yük, təminat - təhcizat avtomobili keçib.
***
10.56
Laçın-Xankəndi yolundan Rusiya sülhməramlı kontingentinə (RSK) məxsus avtomobillərin maneəsiz keçidinə şərait yaradılıb.
APA-nın Şuşaya ezam olunan müxbiri xəbər verir ki, Xankəndidən gələn RSK-ə məxsus minik avtomobili Laçın- Xankəndi yolunun aksiya keçirilən ərazisində Laçın istiqamətinə maneəsiz keçid edib.