Bank Of Baku

Laçın-Xankəndi yolundan RSK-nın 4 maşını keçib - VİDEO - YENİLƏNİB-2

Laçın-Xankəndi yolundan RSK-nın 4 maşını keçib - VİDEO  - YENİLƏNİB-2
# 10 fevral 2023 16:50 (UTC +04:00)

Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazilərdə faydalı qazıntı yataqlarının qanunsuz istismarına etiraz olaraq aksiyanın keçirildiyi Xankəndi-Laçın yolundan Rusiya sülhməramlı kontingentinə (RSK) məxsus avtomobillərin sərbəst keçidi davam edir.

APA-nın Şuşaya ezam olunan müxbiri xəbər verir ki, bir qədər əvvəl RSK-ya məxsus 3 yük maşını Xankəndidən Laçına, 1 minik maşını isə Laçından Xankəndiyə maneəsiz keçid edib.

***

15.47

Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazilərdə faydalı qazıntı yataqlarının qanunsuz istismarına etiraz olaraq aksiyanın keçirildiyi Xankəndi-Laçın yolundan Rusiya sülhməramlı kontingentinə (RSK) məxsus avtomobillərin sərbəst keçidi davam edir.

APA-nın Şuşaya ezam olunan müxbiri xəbər verir ki, Laçın- Xankəndi yolundan RSK-ya məxsus maşın karvanı maneəsiz keçid edib. Karvan 1 minik, 17 təminat-təchizat avtomobilindən ibarət olub. Maşın karvanı Laçından Xankəndi istiqamətinə hərəkət edib.

Aksiya iştirakçıları yoldan çəkilərək avtomobillərin keçidi üçün dəhliz açıb.

***

11.31

Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazilərdə faydalı qazıntı yataqlarının qanunsuz istismarına etiraz olaraq aksiyanın keçirildiyi Xankəndi-Laçın yolundan Rusiya sülhməramlı kontingentinə (RSK) məxsus avtomobillərin sərbəst keçidi davam edir.

APA-nın Şuşaya ezam olunan müxbiri xəbər verir ki, Laçın-Xankəndi yolundan RSK-ya məxsus avtomobillərin maneəsiz keçidinə növbəti dəfə şərait yaradılıb.

Xankəndidən gələn RSK-ya məxsus daha iki minik avtomobili aksiya keçirilən ərazidən Laçın istiqamətinə keçid edib.

***

08.36

Laçın-Xankəndi yolundan Rusiya sülhməramlı kontingentinə (RSK) məxsus avtomobillərin maneəsiz keçidinə şərait yaradılıb.

APA-nın Şuşaya ezam olunan müxbiri xəbər verir ki, Xankəndindən gələn RSK-nə məxsus minik avtomobili Laçın-Xankəndi yolunun aksiya keçirilən ərazidən Laçın istiqamətinə maneəsiz keçid edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR