Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazilərdə faydalı qazıntı yataqlarının qanunsuz istismarına etiraz olaraq aksiyanın keçirildiyi Laçın-Xankəndi yolundan Rusiya sülhməramlı kontingentinə (RSK) məxsus avtomobillərin sərbəst keçidi davam edir.
APA-nın Şuşaya ezam olunan müxbiri xəbər verir ki, Laçın-Xankəndi yolundan RSK-nə məxsus 2 maşın Laçından Xankəndiyə, 2 maşın isə Xankəndidən Laçın istiqamətinə hərəkət edib. Səhər saatlarından indiyədək Laçın istiqamətindən RSK-nın 21, Xankəndi istiqamətindən isə 22 maşını aksiya keçirilən ərazidən maneəsiz keçib.
Aksiya iştirakçıları yoldan çəkilərək avtomobillərin keçidi üçün dəhliz açıb.
***
16.59
Laçın-Xankəndi yolundan Rusiya sülhməramlı kontingentinə (RSK) məxsus avtomobillərin maneəsiz keçidinə şərait yaradılıb.
APA-nın Şuşaya ezam olunan müxbiri xəbər verir ki, Laçın- Xankəndi yolundan maşın karvanı maneəsiz keçid edib.
RSK-ya məxsus maşın karvanı 7 təminat maşınından ibarət olub. Maşın karvanı Laçından Xankəndi istiqamətinə hərəkət edib.
Aksiya iştirakçıları yoldan çəkilərək avtomobillərin keçidi üçün dəhliz açıb.
***
15:11
Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazilərdə faydalı qazıntı yataqlarının qanunsuz istismarına etiraz olaraq aksiyanın keçirildiyi Laçın-Xankəndi yolundan Rusiya sülhməramlı kontingentinə (RSK) məxsus avtomobillərin sərbəst keçidi davam edir.
APA-nın Şuşaya ezam olunan müxbiri xəbər verir ki, bir qədər əvvəl Laçın-Xankəndi yolundan RSK-ya aid daha bir maşın karvanı maneəsiz keçid edib. 9 təminat maşınından ibarət maşın karvanı Laçından Xankəndi istiqamətinə keçib.
***
13.38
Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazilərdə faydalı qazıntı yataqlarının qanunsuz istismarına etiraz olaraq aksiyanın keçirildiyi Laçın-Xankəndi yolundan Rusiya sülhməramlı kontingentinə (RSK) məxsus avtomobillərin sərbəst keçidi davam edir.
APA-nın Şuşaya ezam olunan müxbiri xəbər verir ki, bir qədər əvvəl Laçın-Xankəndi yolundan RSK-nın maşın karvanı maneəsiz keçid edib. 11 yük avtomobili Xankəndidən Laçın istiqamətinə hərəkət edib.
Aksiya iştirakçıları yoldan çəkilərək avtomobillərin keçidi üçün dəhliz açıb.
***
12.44
Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazilərdə faydalı qazıntı yataqlarının qanunsuz istismarına etiraz olaraq aksiyanın keçirildiyi Laçın yolundan Rusiya sülhməramlı kontingentinə (RSK) məxsus avtomobillərin sərbəst keçidi davam edir.
APA-nın Şuşaya ezam olunan müxbiri xəbər verir ki, bir qədər əvvəl Laçından Xankəndi istiqamətinə 3 yük avtomobili, Xankəndidən Laçın istiqamətə isə 1 minik avtomobili keçid edib.
Aksiya iştirakçıları heç bir maneə törətmədən onların keçidinə şərait yaradıb.
Qeyd edək ki, aksiya ərazisində gün ərzində RSK-ya məxsus 10 təminat avtomobili keçib.
***
11.57
Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazilərdə faydalı qazıntı yataqlarının qanunsuz istismarına etiraz olaraq aksiyanın keçirildiyi Laçın-Xankəndi yolundan Rusiya sülhməramlı kontingentinə (RSK) məxsus avtomobillərin sərbəst keçidi davam edir.
APA-nın Şuşaya ezam olunan müxbiri xəbər verir ki, bir qədər əvvəl RSK-ya məxsus daha iki avtomobil Xankəndidən Laçına doğru keçid edib.
Səhər saatlarından indiyədək aksiya keçirilən ərazidən 6 maşın keçib.
***
10.19
Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazilərdə faydalı qazıntı yataqlarının qanunsuz istismarına etiraz olaraq aksiyanın keçirildiyi Laçın-Xankəndi yolundan Rusiya sülhməramlı kontingentinə (RSK) məxsus avtomobillərin sərbəst keçidi davam edir.
APA-nın Şuşaya ezam olunan müxbiri xəbər verir ki, Xankəndindən Laçın istiqamətə hazırda 1 yük və 1 zirehli avtomobil keçid edib.
Aksiya iştirakçıları heç bir maneə törətmədən onların keçidinə şərait yaradıb.
***
09:48
Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazilərdə faydalı qazıntı yataqlarının qanunsuz istismarına etiraz olaraq aksiyanın keçirildiyi Laçın yolundan Rusiya sülhməramlı kontingentinə (RSK) məxsus avtomobillərin sərbəst keçidi davam edir.
APA-nın Şuşaya ezam olunan müxbiri xəbər verir ki, Xankəndindən Laçın istiqamətinə hazırda 2 yük avtomobili keçid edib.
Aksiya iştirakçıları heç bir maneə törətmədən onların keçidinə şərait yaradıb.
Habil Aslanoğlu
Səlcuq Elçin