Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazilərdə faydalı qazıntı yataqlarının qanunsuz istismarına etiraz olaraq aksiyanın keçirildiyi Xankəndi-Laçın yolundan Rusiya sülhməramlı kontingentinə (RSK) məxsus avtomobillərin sərbəst keçidi davam edir.
APA-nın Şuşaya ezam olunan müxbiri xəbər verir ki, bir qədər əvvəl RSK-ya məxsus maşın karvanı aksiya keçirilən ərazidən maneəsiz keçid edərək Xankəndidən Laçın istiqamətinə gedib. Maşın karvanı iki yük maşınından ibarət olub.
***
14:19
Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazilərdə faydalı qazıntı yataqlarının qanunsuz istismarına etiraz olaraq aksiyanın keçirildiyi Xankəndi-Laçın yolundan Rusiya sülhməramlı kontingentinə (RSK) məxsus avtomobillərin sərbəst keçidi davam edir.
APA-nın Şuşaya ezam olunan müxbiri xəbər verir ki, bir qədər əvvəl RSK-ya məxsus maşın karvanı aksiya keçirilən ərazidən maneəsiz keçid edərək Laçından Xankəndiyə gedib. Karvan 21 maşından ibarət olub.
***
13.34
Laçın-Xankəndi yolundan Rusiya sülhməramlı kontingentinə (RSK) məxsus avtomobillərin maneəsiz keçidinə şərait yaradılıb.
APA-nın Şuşaya ezam olunan müxbiri xəbər verir ki, Xankəndindən gələn RSK-ya məxsus maşın karvanı Laçın - Xankəndi yolundan maneəsiz keçid edib.
Xankəndindən gələn 2 minik, 15 yük maşını Laçın istiqamətinə hərəkət edib.
***
11:49
Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazilərdə faydalı qazıntı yataqlarının qanunsuz istismarına etiraz olaraq aksiyanın keçirildiyi Xankəndi-Laçın yolundan Rusiya sülhməramlı kontingentinə (RSK) məxsus avtomobillərin sərbəst keçidi davam edir.
APA-nın Şuşaya ezam olunan müxbiri xəbər verir ki, RSK-ya məxsus beş minik, dörd yük maşını Xankəndidən Laçın istiqamətinə hərəkət edib.