Laçın-Xankəndi yolundan Rusiya sülhməramlı kontingentinə (RSK) məxsus avtomobillərin maneəsiz keçidinə şərait yaradılıb.
APA-nın Şuşaya ezam olunan müxbiri xəbər verir ki, Laçın - Xankəndi yolundan RSK-ya məxsus nəqliyyat vasitələrinin maneəsiz keçidi davam edir.
Laçından gələn RSK-ya məxsus 1 minik, 9 yük avtomobili Xankəndi istiqamətinə maneəsiz keçid edib.
***
16:12
Laçın-Xankəndi yolundan Rusiya sülhməramlı kontingentinə (RSK) məxsus avtomobillərin maneəsiz keçidinə şərait yaradılıb.
APA-nın Şuşaya ezam olunan müxbiri xəbər verir ki, RSK-ya məxsus istər Xankəndindən Laçın, istərsə də Laçından Xankəndinə humanitar məqsədlə avtomobillərin keçidinə şərait yaradılıb.
Səhər saatlarından indiyədək RSK-ya məxsus ümumilikdə 47 avtomobil maneəsiz keçid edib.
***
11:13
Laçın-Xankəndi yolundan Rusiya sülhməramlı kontingentinə (RSK) məxsus avtomobillərin maneəsiz keçidinə şərait yaradılıb.
APA-nın Şuşaya ezam olunan müxbiri xəbər verir ki, Xankəndindən gələn RSK-ya məxsus bir minik, iki yük maşını, Laçın - Xankəndi yolundan maneəsiz keçid edib.
Maşınlar Laçın istiqamətinə hərəkət edib.