Laçın-Xankəndi yolundan RSK-ya məxsus 2 maşın keçib - FOTO

Laçın-Xankəndi yolundan RSK-ya məxsus 2 maşın keçib - FOTO
# 09 fevral 2023 10:28 (UTC +04:00)

Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazilərdə faydalı qazıntı yataqlarının qanunsuz istismarına etiraz olaraq aksiyanın keçirildiyi Xankəndi-Laçın yolundan Rusiya sülhməramlı kontingentinə (RSK) məxsus avtomobillərin sərbəst keçidi davam edir.

APA-nın Şuşaya ezam olunan müxbiri xəbər verir ki, Xankəndidən gələn RSK-ya məxsus iki minik avtomobili aksiya keçirilən ərazidən Laçın istiqamətinə maneəsiz keçid edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR