Bank Of Baku

Laçın-Xankəndi yolundan RSK-ya məxsus 60 avtomobil keçib - VİDEO - YENİLƏNİB-3

Laçın-Xankəndi yolundan RSK-ya məxsus 60 avtomobil keçib - VİDEO  - YENİLƏNİB-3
# 14 fevral 2023 21:06 (UTC +04:00)

Laçın-Xankəndi yolundan Rusiya sülhməramlı kontingentinə (RSK) məxsus avtomobillərin maneəsiz keçidinə şərait yaradılıb.

APA-nın Şuşaya ezam olunan müxbiri xəbər verir ki, Laçın - Xankəndi yolundan RSK-ya məxsus nəqliyyat vasitələrinin maneəsiz keçidi davam edir.

Laçından gələn RSK-ya məxsus 14 təminat-təhcizat maşını maneəsiz keçərək Xankəndiyə gedib.

***

Saat 19:34

Laçın-Xankəndi yolundan Rusiya sülhməramlı kontingentinə (RSK) məxsus avtomobillərin maneəsiz keçidinə şərait yaradılıb.

APA-nın Şuşaya ezam olunan müxbiri xəbər verir ki, Laçın - Xankəndi yolundan RSK-ya məxsus nəqliyyat vasitələrinin maneəsiz keçidi davam edir.

Xankəndindən gələn 2 yük maşını Laçın, Laçından gələn 3 minik avtomobili Xankəndi istiqamətinə maneəsiz keçid edib.

Səhər saatlarından indiyədək RSK-ya məxsus 46 avtomobilin aksiya keçirilən ərazidən maneəsiz keçidinə şərait yaradılıb.

***

15:39

Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazilərdə faydalı qazıntı yataqlarının qanunsuz istismarına etiraz olaraq aksiyanın keçirildiyi Xankəndi-Laçın yolundan Rusiya sülhməramlı kontingentinə (RSK) məxsus avtomobillərin sərbəst keçidi davam edir.

APA-nın Şuşaya ezam olunan müxbiri xəbər verir ki, RSK-ya məxsus 16 maşından ibarət karvan Laçından Xankəndiyə maneəsiz keçid edib.

***

14.49

Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazilərdə faydalı qazıntı yataqlarının qanunsuz istismarına etiraz olaraq aksiyanın keçirildiyi Xankəndi-Laçın yolundan Rusiya sülhməramlı kontingentinə (RSK) məxsus avtomobillərin sərbəst keçidi davam edir.

APA-nın Şuşaya ezam olunan müxbiri xəbər verir ki, bir qədər əvvəl Xankəndidən gələn RSK-ya məxsus maşın karvanı aksiya keçirilən ərazidən maneəsiz keçid edib. Karvan bir minik, 16 yük maşınından ibarət olub.

***

09.19

Laçın-Xankəndi yolundan Rusiya sülhməramlı kontingentinə (RSK) məxsus avtomobilin maneəsiz keçidinə şərait yaradılıb.

APA-nın Şuşaya ezam olunan müxbiri xəbər verir ki, Xankəndindən gələn RSK-ya məxsus nəqliyyat vasitəsi Laçın istiqamətinə maneəsiz keçid edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR