Bank Of Baku

Ləğv edilən və dəyişdirilən bələdiyyə aktlarının sayı məlum olub

Ləğv edilən və dəyişdirilən bələdiyyə aktlarının sayı məlum olub
# 19 fevral 2024 12:00 (UTC +04:00)

İl ərzində inzibati nəzarət qaydasında baxılması üçün 100.430 (o cümlədən Naxçıvan MR-nın Ədliyyə Nazirliyində 3983) bələdiyyə aktı hüquqi ekspertizadan keçirilib.

APA xəbər verir ki, bu, Milli Məclisin Regional məsələlər komitəsinin iclasında müzakirəyə çıxarılan “Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın illik məruzəsi”ndə əksini tapıb.

Qeyd edilib ki, nəticədə 96363(96%) aktın qanunvericiliyə uyğun olduğu müəyyən edilib.

Normativ hüquqi aktların tələblərinə zidd olan 3681 aktın dəyişdirilməsi və ləğv edilməsi üçün aidiyyəti bələdiyyələrə təkliflər verilib. Digər 386 akt isə baxılmaqdadır. Bu təkliflər əsasında bələdiyyələr tərəfindən 2238 akt ləğv edilib, 1094 akt dəyişdirilib, 314 təklif isə baxılmaqdadır. Bələdiyyələr tərəfindən təmin olunmayan 35 təklif üzrə məhkəmələrdə iddia qaldırılıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR