Dövlət Ekoloji Təhlükəsizlik Xidməti tərəfindən keçirilən nəzarət tədbirləri zamanı Lənkəran rayonu, Şağlaser kəndi ərazisində xüsusi mülkiyyətdə olan torpaq sahəsinin yaxınlığında ağac kəsintisi faktı müəyyən edilib.
APA-nın xəbərinə görə, Xidmət rəsmisi Bəhruz Məhəmmədov bildirib ki, araşdırma zamanı ağacın həmin torpağın mülkiyyətçisi Abasəli Feyzullayev tərəfindən kəsildiyi məlum olub:
"Faktla bağlı protokol tərtib olunub və təqsirkar şəxs barəsində qanunamüvafiq tədbir görülüb".